BLOQ

06.12.2025
121

Kimlərin Sadələşdirilmiş Vergi Ödəyicisi Olmaq Hüququ Yoxdur ?

Sadələşdirilmiş Vergi Ödəyicisi hüququ Azərbaycanda sahibkarlıq subyektləri üçün tətbiq edilən, əsasən kiçik və orta biznesin vergi yükünü minimuma endirməyi və vergitutmanı asanlaşdırmağı hədəfləyir. Bu, Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir. SV ödəyicisi olan sahibkarlar, adətən, yalnız fəaliyyətləri üzrə əldə etdikləri dövriyyənin müəyyən bir faizini vergi kimi ödəyir və bununla da Mənfəət Vergisinin mürəkkəb hesablanması və yüksək yükündən azad olurlar. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən sahibkarlar, avtomatik olaraq Mənfəət Vergisinin (yüksək vergi yükü) ödəyicisinə çevrilirlər.   Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:     1. Dövriyyə və Əmlak Hədlərini Aşanlar   1) Limitdən Artıq Dövriyyəsi Olan Sahibkarlar: Ardıcıl 12 ay ərzində dövriyyəsi 200.000 manatdan artıq olan Hüquqi şəxs və ya fərdi sahibkarlar. 2) Əsas Vəsaitin Qalıq Dəyəri Həddi: Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (VM 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla).      2. Fəaliyyət Növü üzrə Məhdudiyyətlər (VM 218.5-ci maddə)     1) Xüsusi İstehsal və Ticarət Fəaliyyəti Aksizli və Nişanlanmalı Mallar: Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər. Topdansatış Ticarəti: Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər. Qiymətli Əşyaların Satışı: Qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər. Xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər.    2)  Maliyyə, Sığorta və Qiymətli Kağızlar Maliyyə İnstitutları: Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar. İstisna: Bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. Qeyri-dövlət pensiya fondları.     3) İcarə və Lizinq Xidmətləri Əmlakın İcarəyə Verilməsindən və Royaltidən Gəlir Əldə Edənlər. Aktiv Formada Lizinq və İcarə Xidmətləri Göstərənlər: Əsas fəaliyyəti (dövriyyəsinin 25%-dən çoxu) müəyyən əmlakı (avadanlıq, nəqliyyat, daşınmaz əmlak) başqasına icarəyə vermək və ya lizinq yolu ilə satmaq olan hüquqi şəxslər.     4) Kadr və Xidmət Məhdudiyyəti İstehsal Fəaliyyətində İşçi Sayı: İşçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər. Xidmətlərin Göstərilməsi: Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər. (Hər iki halda da VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisnadır).     5) Xüsusi Statuslu Şəxslər Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri. Publik hüquqi şəxslər. Lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (bina tikintisi fəaliyyəti və icbari sığorta müqavilələri üzrə xidmət göstərənlər istisna olmaqla) Biznesinizi bizə əmanət edin, çünki sizin üçün də bir "İDEYAMIZ" var! Ödənişsiz konsultasiya üçün “IDEA Consulting and Solutions” şirkətinə müraciət edin 📌 ✅
16.11.2017
3930

UĞURLU BİZNESDƏ 9 QAYDA

1.    Mütəşəkkil olun Biznesdə uğur qazanmaq üçün yaxşı təşkilatlanmalısınız. Təşkilatlanma tapşırıqların yerinə yetirilməsində və işin öhdəsindən gəlməkdə bizə kömək olacaq. Bunun ən yaxşı üsulu bir siyahı yaratmaqdır – hər tapşırığı etdikcə, siyahınızı yoxlayın. Bu sizin heç nəyi unutmamağınıza kömək edəcək və siz, sizə biznes sahəsində lazım olacaq bütün tapşırıqları bitirəcəksiniz. 2.    Detallı qeyd tutun Bütün uğurlu bizneslərin arxasında detallı qeyd tutmaq durur. Bu qeydləri tutmaqla, siz biznesinizin maddi vəziyyətini və nə kimi çətinliklərlə qarşılaşa biləcəyinizi göz önündə tutmağa nail olacaqsınız. Sadəcə bunu bilməklə, siz maneələrin öhdəsindən gələ bilmək üçün vaxt qazanacaqsınız ki, bu da sizin uğur qazanmağınıza və öz biznesinizdə yüksəlməyinizə kömək edəcəkdir. 3.    Rəqiblərinizi təhlil edin Rəqabət yaxşı nəticə əldə etmək üçün ən əla vasitədir. Uğur əldə etmək üçün, siz öz rəqiblərinizdən öyrənməkdən qorxmamalısınız. Bütün bunların sayəsində, onlar yaxşı bir şey edə bilərlər ki, siz də daha yaxşısını etməklə öz biznesini inkişaf etdirə və yaxşı gəlir əldə edə bilərsiniz. 4.    Riskləri və mükafatları dərk edin Uğurlu biznes qurmaqda əsas amil risklərinizi hesablamaqdır. Özünüzdən soruşun “işin zərərli tərəfi nədir?”( “What’s the downside?”). Əgər siz bu suala cavab verə bilirsinizsə, deməli, siz ən pis halı da bilirsiniz. Bu məlumat sizə riskləri hesablamağa və biznesinizdə böyük uğur qazanmağınıza imkan verəcək. 5.    Yaradıcı olun Hər zaman yenilikçi olun və biznesinizi inkişaf etdirmək üçün yollar axtarın. Bu sizi rəqiblərinizdən üstün edəcək. Nəzərə alın ki, siz hər şeyi bilə bilməzsiniz, yeni ideyalara və yeni yanaşmalara açıq olun. 6.    Diqqət mərkəzində olun Belə bir qədim ifadə “Roma bir günə Roma olmayıb” bizim üçün keçərli ola bilər. Sadəcə ona görə ki, biznes sizin dərhal pul qazanmağa başlayacağınız anlamına gəlmir. Bu vaxt tələb edir ki, insanlar sizin kim olduğunuzu bilsin. Beləliklə, öz məqsədlərinizə çatmaqda istəkli olun və hər şeyin öz yoluna düşməsi üçün özünüzə zaman tanıyın. 7.    Qurban verməyə hazır olun (itirməkdən çəkinməyin) Biznesə başlamaq üçün ilk addım gərgin işdir, lakin qapılarınızı açandan sonra, sizin işiniz sadəcə başlanğıcdır. Öz növbəsində, uğur qazanmaq üçün ailəniz və dostlarınızla az vaxt keçirməyə hazır olmalısınız. 8.    Keyfiyyətli xidmət göstər Biznesmenlər bəzən unudurlar ki, müştəriyə keyfiyyətli xidmət göstərmək çox önəmlidir. Əgər siz müştərilərinizi keyfiyyətli xidmətlə təmin edirsinizsə, onlar növbəti dəfə ehtiyacları olanı əldə etmək üçün rəqibinizə yox, məhz sizə müraciət edəcəklər. 9.    Davamlı (ardıcıl) olun Davamlılıq biznesdə gəlir əldə etməyin ən əsas komponentlərindəndir. Uğurlu biznes üçün siz gündəmdə olan və olmayan şeyləri bilməli, davamlı olaraq iş görməlisiniz. Bu sizin uzun müddət gəlir əldə etməyinizə şərait yaradacaqdır.