Xidmətlər

MÜQAVİLƏLƏRİN ELEKTRON QEYDİYYATI SİSTEMİ

01.12.2018
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

Müqavilələrin elektron qeydiyyatı sistemi müqavilələrin strukturlaşdırılmış bir reyestrini yaratmaq imkanı verən proqram təminatıdır. Proqram təminatı müqavilələr haqqında lazımi bütün məlumatların avtomatik nömrələnməsi və arxivləşdirilməsini, predmetini, dəyərini, qüvvədə olma müddətini və bu kimi zəruri məlumatların elektron qaydada qeydiyyatı, izlənməsi və təhlilini təmin edir.. Proqram təminatı həm böyük təşkilatlarda, həm də orta və kiçik müəssisələrdə istifadə oluna bilər.

Sistemin modulları:
•    Yeni müqavilələr üçün avtomatik rejimdə nömrə və müqavilə tarixinin verilməsi (keçmiş tarix və nömrə ilə müqavilələrin qeydiyyatında tam məhdudiyyət tətbiq edilir)
•    Müqavilələr üçün avtomatik qovluqların açılması və nömrələnməsi
•    Müqavilənin növündən asılı olaraq müqavilə nömrəsinin şifrələnməsi
•    Müqavilə haqqında dolğun məlumatın (növü, məbləği, tərəfləri, icraçı struktur bölmə, predmeti, qüvvədən düşmə tarixi və sair) əks olunması
•    Müxtəlif parametrlər üzrə müqavilələrin axtarışı və qruplaşdırılması
•    Müqavilələrin təhvil-təslim prosesinin izlənməsi
•    Əldə edilmiş müqavilə qruplarının Microsoft Excel, Microsoft Word, Pdf formatına köçürülmə (export) imkanı
•    Müqavilə ilə əlaqəli bütün sənədlərin skan edilmiş şəkildə əlavə edilməsi
•    Təşkilatın bütün mövcud filiallarının və törəmə müəsissələrinin sayından asılı olmayaraq müqavilələrin qeydiyyatı
•    Müxtəlif parametrlər üzrə aylıq, kvartallıq, yarımillik və illik hesabatların avtomatik çıxarılması

Sistemin funksional imkanları:
•    Rahat idarəetmə paneli və interfeys
•    Əməliyyatların loqlanması
•    Ətraflı axtarış imkanı
•    Məlumatların MS Excel`ə köçürülmə (export) imkanı
•    İstifadəçi hüquqlarının verilməsi və tənzimlənməsi
•    Veb əsaslı olması sistemi istənilən yerdə əlçatan edir

SON LAYİHƏLƏRİMİZ